Modern.az

Obama Putinlə görüşdə Suriya məsələsini müzakirə edib

Obama Putinlə görüşdə Suriya məsələsini müzakirə edib

Dünya

18 İyun 2013, 10:09


“Böyük səkkizlik”liyin sammiti çərçivəsində ABŞ prezidenti Barak Obama ilə Rusiya prezidenti Vladimir Putin arasında görüş keçirilib. Modern.az bildirir ki, danışqıların əsas mövzusu Suriyadakı vəziyyətlə bağlı olub.

Prezidentlər həmçinin Koreya yarmadasındakı vəziyyət və İranın nüvə silahına dair məsələsini də müzakirə ediblər. Sonda hər iki prezident bəyanatla çıxış edib.

Görüşdən sonra açıqlama verən Rusiya prezidenti Vladimir Putin ABŞ-la Suriya məsələsindəki fikirlərinin üst-üstə düşmədiyini, amma Suriyadakı böhranın həlli üçün səyləri davam etdirəcəklərini söyləyib.

Məlum olub ki, Rusiya və ABŞ Suriyaya dair sülh danışıqlarını fəallaşdırmaq və tərəfləri Cenevrədə keçiriləcək beynəlxalq konfransda masa arxasına əyləşməyə sövq etmək barədə razılığa gəliblər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir