Modern.az

Polşada xalq Belarus sərhədi ilə bağlı qərar verəcək

Polşada xalq Belarus sərhədi ilə bağlı qərar verəcək

Dünya

14 Avqust 2023, 11:53

Polşada keçiriləcək referendumda Belarusla sərhəddə divarın sökülməsi məsələsi qaldırılacaq.

 

Modern.az xəbər verir ki, bunu ölkənin müdafiə naziri Mariuş Blaşçak X platformasında bildirib.

 

"Sərhəd divarının götürülməsinin tərəfdarısınızmı? Sərhədimizin bundan sonra da təhlükəsiz olacağına siz qərar verəcəksiniz", - o yazıb.

 

Referendumun oktyabrın 15-də parlament seçkiləri ilə eyni vaxtda keçirilməsi planlaşdırılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok