Modern.az

Erməni səfir Lavrovun müavini ilə müzakirələr apardı

Erməni səfir Lavrovun müavini ilə müzakirələr apardı

Dünya

14 Avqust 2023, 16:12

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın Moskvadakı səfiri Vaqarşak Arutyunyanla görüş keçirib.

 

Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, görüş zamanı Laçın dəhlizi və Qarabağ ətrafında müzakirə aparılıb.

 

"Tərəflər Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması haqqında 2020-2022-ci illər üçün sazişlərin bütün toplusuna ciddi əməl olunmasının vacibliyini bir daha təsdiqləyiblər", - deyə qeyd olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok