Modern.az

Rusiya Ukraynada daha 530 hərbçisini itirdi

Rusiya Ukraynada daha 530 hərbçisini itirdi

Dünya

29 Avqust 2023, 09:16

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 530 hərbçisini itirib.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 261 840 nəfərə çatıb.

 

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 14 tank, 17 zirehli döyüş maşını, 25 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok