Müharibə başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 15 899 çatıb.
Modern.az RİA-a istinadən xəbər verir ki, bu barədə Qəzza sektorunun HƏMAS-ın nəzarətindəki Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, daha 42 min nəfər isə yaralı haldadır.
Qeyd edək ki, 7 oktyabrda başlayan Fələstin-İsrail toqquşması müvəqqəti atəşkəsdən sonra davam edir. İndiyədək hər iki tərəfdən minlərlə insan həyatını itirib.