Modern.az

Azərbaycan və Özbəkistan hava hücumundan müdafiəni gücləndirir 

Azərbaycan və Özbəkistan hava hücumundan müdafiəni gücləndirir 

Ölkə

13 May 2026, 18:15

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında imzalanmış 2026-cı il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, bu ölkənin Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin (HHQ) nümayəndə heyəti ölkəmizə səfər edib. 

HHQ-də keçirilən görüşdə ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, hərbi aviasiya və hava hücumundan müdafiə üzrə əməkdaşlıqların da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. 

Tərəflər, həmçinin Azərbaycan-Özbəkistan hərbi əməkdaşlığının cari vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar.

Qeyd edək ki, səfərin başlıca məqsədi hər iki ölkənin HHQ-ləri arasındakı əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK HÜCUMLAR: İran bombalanır, Bakı hədələndi - YOX EDƏRİK! - Xəbəriniz Var? - Media Turk TV