Modern.az

Nazir səhvini etiraf etdi

Nazir səhvini etiraf etdi

Dünya

14 May 2026, 00:43

ABŞ-nin energetika naziri Kris Rayt nüvə təhlükəsizliyi sahəsində çalışan mühüm mütəxəssisləri yanlışlıqla işdən azad etdiyini etiraf edib.

Modern.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Bu, tamamilə mənim günahımdır. Vəzifəyə təsdiqləndiyim ilk həftədə "müvəqqəti işçilər" ifadəsi gündəmə gəldi. Mən bunu yanlış anladım və bu, tam olaraq mənim səhvimdir", - deyə nazir bildirib.

Onun sözlərinə görə, həmin şəxslər nazirlikdə uzun illər fəaliyyət göstərən, lakin yeni vəzifələrə təyin olunan kadrlar olub. Rayt əlavə edib ki, yekunda iki nəfər istisna olmaqla, bütün mütəxəssislər öz işlərinə bərpa edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK HÜCUMLAR: İran bombalanır, Bakı hədələndi - YOX EDƏRİK! - Xəbəriniz Var? - Media Turk TV