Modern.az

Şiddətli yağış və fırtına oldu, ölənlər var

Şiddətli yağış və fırtına oldu, ölənlər var

Dünya

Bu gün, 02:42

Hindistanın Uttar Pradeş ştatında baş verən şiddətli yağış və güclü fırtına nəticəsində azı 27 nəfər həyatını itirib.

Modern.az xəbər verir ki, Hindistan mətbuatının yaydığı məlumata görə, əlverişsiz hava şəraiti ştatın bir çox bölgəsində ciddi fəsadlara səbəb olub.

Məlumata əsasən, güclü külək və toz fırtınası nəticəsində elektrik xətlərində qəzalar baş verib, nəqliyyatın hərəkətində problemlər yaranıb.

Fırtına zamanı çox sayda ağac və elektrik dirəyi aşıb, evlərə və nəqliyyat vasitələrinə ziyan dəyib.

Səlahiyyətlilərin ilkin məlumatına əsasən, Prayaqraj şəhərində 16, Bhadohi rayonunda 6, Budaun bölgəsində isə 5 nəfər ölüb.

Yerli hakimiyyət orqanları zərərin qiymətləndirilməsi və xilasetmə işlərinin davam etdiyini açıqlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?