Modern.az

Rusiya səfiri XİN-ə çağırıldı

Rusiya səfiri XİN-ə çağırıldı

Dünya

13 May 2026, 21:37

Rusiyanın Budapeştdəki səfiri Macarıstan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Modern.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Peter Madyar bildirib.

"Macarıstan hökuməti Zakarpatiyadakı pilotsuz təyyarə hücumunu qətiyyətlə pisləyir. Macarıstanın xarici işlər naziri Anita Orban Rusiya səfirini Xarici İşlər Nazirliyinə çağırıb", - deyə, Baş nazir qeyd edib.

Qeyd edək ki, Rusiya adı çəkilən bölgəyə 800-dən çox pilotsuz təyyarə ilə hücum edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?