Slovakiya parlamentinin sədri Rixard Raşi Azərbaycana səfəri çərçivəsində işğaldan azad olunmuş torpaqlarımızada səfər edəcək.
Modern.az xəbər verir ki, bunu spiker Sahibə Qafariva Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşi Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilən birgə mətbuat açıqlaması zamanı bildirib.
Spiker bildirib ki, bu, artıq cənab Raşinin Qarabağa ikinci səfəri olacaq.
"Hesab edirəm ki, 2022-ci ildən ötən dövr ərzində Qarabağda aparılmış yenidənqurma işlərinin miqyası cənab Raşini müsbət mənada təəccübləndirəcək".
S.Qafarova vurğulayıb ki, Slovakiya parlamentinin nümayəndə heyəti Ağdamın Baş Qərvənd kəndini də ziyarət edəcək.
“Bilirsiniz ki, bu kəndin tikintisi Slovakiya şirkətləri tərəfindən həyata keçirilir. Biz Qarabağın yenidən qurulmasında Slovakiyanın Azərbaycana dəstəyini yüksək qiymətləndiririk”.
“ Bu kənd işğaldan azad olunmuş torpaqlarda Azərbaycan-Slovakiya dostluğunun bir nümunəsi olacaq” - spiker bildirib.