Modern.az

Netanyahu BƏƏ-yə gizli səfər etdi

Netanyahu BƏƏ-yə gizli səfər etdi

Dünya

Bu gün, 00:04

İsrailin Baş naziri Benyamin Netanyahunun İrana qarşı son hərbi əməliyyatlar fonunda Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gizli səfər etdiyi məlum olub.

Modern.az xəbər verir ki, bu barədə İsrail hökumət başçısının dəftərxanası rəsmi məlumat yayıb.

Səfər çərçivəsində Netanyahu BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla bir araya gəlib. Görüşdə regional təhlükəsizlik və ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

"Bu səfər İsrail və Birləşmiş Ərəb Əmirlikləri arasındakı münasibətlərdə tarixi bir sıçrayışa səbəb oldu", - deyə dəftərxananın rəsmi bəyanatında vurğulanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?