Modern.az

Zelenskinin Putinə göndərdiyi gizli MESAJ

Zelenskinin Putinə göndərdiyi gizli MESAJ

Dünya

12 Yanvar 2024, 13:20

Ukrayna prezidenti Volodimir Zelenski Estoniyanın baş naziri Kaja Kallas ilə görüşü zamanı Rusiya prezidenti Vladimir Putinə “gizli siqnal” göndərib.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri yazıb.

 

“Kallas Ukrayna bayrağının rənglərində kostyum, Zelenski isə 48,3794° və 31,1656° rəqəmləri olan sviter geyinib”, - materialda deyilir.

 

Məqalədə qeyd edilir ki, bu rəqəmlər Ukrayna rəhbərinin rusiyalı həmkarına “gizli mesajı”dır.

 

Nəşrin məlumatına görə, Zelenskinin sviterindəki rəqəmlər Ukraynanın Kirovoqrad vilayətinin Dobroveliçkovka kəndinin koordinatlarıdır. Məhz orada respublikanın coğrafi mərkəzi 1991-ci ilin rəsmi olaraq tanınmış sərhədləri daxilində yerləşir. Kənddə Ukrayna paralelləri və meridianlarının birləşdiyi yerdə xatirə lövhəsi var.

 

“Beləliklə, Zelenski hər hansı ərazi güzəştlərindən imtina etdiyini bildirir”, - nəşr yazıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok