Modern.az

Britaniya Ermənistana miqrant göndərmək istəyir - Pul qarşılığında...

Britaniya Ermənistana miqrant göndərmək istəyir - Pul qarşılığında...

Dünya

15 Aprel 2024, 10:35

Böyük Britaniya qeyri-qanuni miqrantların Ermənistana göndərilməsi ilə bağlı danışıqlar aparır.
 

Modern.az-ın məlumatına görə, bu barədə “The Times” nəşri Britaniya hökumətinə istinadən yazıb.

 

Nəşr bildirir ki, Britaniya hökuməti Ruandaya miqrantların göndərilməsinə oxşar sxemdən istifadə etməyi planlaşdırır. Oxşar müzakirələr Kot-d'İvuar, Kosta-Rika və Botsvana ilə də aparılır.


Məlumata görə, erməni tərəfi ilə danışıqlar 2023-cü ilin sentyabrında başlayıb, lakin hələlik heç bir irəliləyiş əldə olunmayıb.

 

Qeyri-qanuni miqrasiyaya qarşı mübarizənin bir hissəsi olaraq Böyük Britaniya miqrantları Afrikanın şərqində yerləşən Ruandaya göndərir. Bunun üçün Ruandaya 2023-cü ilin dekabrında 100 milyon funt sterlinqdən çox pul ödənilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…