Modern.az

Rusiyanın daha bir neft obyekti vuruldu - Qiymətlər qalxır, Qərb narahatdır

Rusiyanın daha bir neft obyekti vuruldu - Qiymətlər qalxır, Qərb narahatdır

Dünya

10 May 2024, 09:42

Ukrayna ordusu yenidən Rusiyaya məxsus neft obyektlərinə zərbələr endirməyə başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya hakimiyyətinə yaxın teleqram kanalları məlumat yayıb.

 

Məlumata görə Ukrayna pilotsuz uçuş aparatları (PUA) ilə Kaluqa bölgəsində yerləşən neft emalı zavodunu vurub.

 

“SHOT” kanalı yerli sakinlərə istinadən bildirir ki, Kaluqadan təxminən 30 km aralıda yerləşən neft emalı zavodunda - Birinci Zavod adlanan ərazidə partlayış səsləri eşidilib.

 

“Şahidlərin SHOT-a verdiyi məlumata görə, gecə saat bir radələrində Dzerjinski rayonunda bir neçə güclü partlayış səsi eşidilib. Sakinlərin sözlərinə görə, bundan əvvəl bir neçə PUA səsləri eşidilib, bundan sonra yerli neft anbarının ərazisində yanğın və tüstü görünməyə başlayıb”, - kanal yazır.

 

Rusiya hökumət orqanları səhər saatlarında Kaluqa yaxınlığındakı neft emalı zavodunda baş vermiş yanğın faktını etiraf ediblər, lakin yerl bunun PUA zərbəsi nəticəsində baş verməsi ilə bağlı xəbərlərini təsdiq etməyiblər.

 

Dzerjinski rayonunun “Vahid növbətçilik və dispetçer xidməti” Rusiyanın “Redovka” nəşrinə bildirib ki, zavodda yanğın lokallaşdırılıb və tələfat yoxdur.

 

Kaluqa bundan əvvəl mart ayında da atəşə tutulub. Qərb mətbuatının məlumatına görə, Kaluqa vilayətində Rusiyanın neft emalı zavoduna PUA-larla hücum hücum edib və obyekt zərər görüb.

 

Moskvadan təqribən 65 km məsafədə yerləşən Kaluqa neft emalı zavodunun emal qurğusunun gücü ildə 1,2 milyon ton, təxminən gündə 24 min bareldir.

 

Qeyd edək ki, Ukrayna son dövrlərdə Rusiyanın neft emalı zavodlarına ard-arda zərbələr endirir. Hücumlar pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilir.

 

Ekspertlər deyir ki, Ukraynanın məqsədi Rusiyanın neft sənayesinə zərbə vurmaq, onun gəlirlərini azaltmaq, cəbhəyə benzin tədarükünü azaltmaqdır.

 

Rusiyanın neft obyektlərinin vurulması ölkədə benzin qiymətlərinə də təsir edib. Rusiya martın 1-dən benzin ixracına altı aylıq qadağa qoyub.

 

Qərb mətbuatı bildirir ki, Ukrayna Rusiyanın metallurgiya sənayesini də hədəf almağa başlayıb. Bir neçə gün əvvəl "Severstal" şirkətinə məxsus Çerepovets Metallurgiya Kombinatında partlayış törədilib, Jeleznoqorsk şəhərində yerləşən Variçev adına dağ-mədən filizsaflaşdırma kombinatına və Novolipetsk Metallurgiya Kombinatına isə PUA zərbələri endirilib.

 

Ancaq Qərb mətbuatı yazır ki, ABŞ neft emalı zavodlarına zərbələrdən narahatlıq ifadə edib. Vaşinqton zərbələrin qlobal neft qiymətlərinə mənfi təsir edəcəyini düşünür.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK - qəza yerindən naməlum şəxsin qaçdığı görüntüləndi