Modern.az

Ankara terrorunu törədənlərdən biri bəllidir

Ankara terrorunu törədənlərdən biri bəllidir

Dünya

20 Oktyabr 2015, 01:18

 

Ankararada terror törədən kamikadzelərdən biri məlum olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Türkiyə baş prokurorluğu açıqlama yayıb.Prokurorluq kamikadzelərdən birinin Yunus Əmrə Alagöz olduğunu bildirib.  

“Digər terrorçu-kamikadzenin kimliyi hələ müəyyənləşdirilir. Amma artıq onun qonşu dövlətlərdən birindən Türkiyə ərazisinə keçdiyi məlumdur”- prokurorluq belə açıqlama verib. 

Qeyd edək ki, digər kamikadzenin fotorobotu hazırlanıb və onun taplması üçün işlər davam etdirilir.

Modern. az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok