Modern.az

Türkiyədə növbəti terror- bomba yüklənmiş maşın partladıldı

Türkiyədə növbəti terror- bomba yüklənmiş maşın partladıldı

Dünya

22 Oktyabr 2015, 00:21

Türkiyənin Hakkari bölgəsinin  Şəmdinli rayonunda teroristlər, Əmniyyət Müdürlüyü qarşısında bomba yüklənmiş maşını partladıb.  

Modern.az –ın xarici mediaya istinadən verdiyi xəbərə görə, PKK terrorçularına məxsus olan bombalı maşın partladıldıqdan sonra silahlı hücum baş verib. Hadisədə ölən və yaralanan olmasa da binaya ciddi ziyan dəyib.

Qeyd edək ki, qaranlıqdan faydalanan terrorçular qaça biliblər. Onların tutulması üçün bölgədə əməliyyat aparılır. 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakı və İrəvan razılaşdı: 1976-cı il xəritəsi təsdiqləndi