ABŞ-ın yüksək səviyyəli hərbi rəsmisi Birləşmiş Ştatların hərbi qüvvələrinin Əfqanıstanda 14 ildir gedən müharibədə Əl-Qaidənin ən böyük təlim düşərgələriinə qarşı hücum keçirdiyini bildirib.
Modern.az "Report"-a istinadən bildirir ki, ABŞ-ın Əfqanıstanda hərbi qüvvələrinin komandanı, ordu generalı Con Kampbell Washington Post qəzetinə müsahibədə deyib ki, hücum zamanı Əl-Qaidənin 160-ya qədər fəalı qətlə yetirilib. Xüsusi təyinatlı qüvvələrin təxminən 200 əsgərinin iştirak etdiyi genişmiqyaslı hücum zaman havadan zərbələr endirilib.Generalın sözlərinə görə, əməliyyat oktyabrın 11-də Əfqanıstanın Pakistanla sərhədində təlim düşərgələrinin yerləşdiyi 80 kvadrat km.-lik ərazidə baş verib. ABŞ hərbi qüvvələrinin əməliyyatı prezident Barak Obamnın Əfqanıstanda 2016-cı ildə 9 min 800 və 2017-ci ildən sonra 5 min 500 nəfərdən ibarət əsgəri qüvvərinin saxlanacağını elan etməsindən bir neçə gün öncə keçirilib.
“Washington Post” qəzetinin bildirdiyinə görə, yeni informasiya 2001-ci ildə Birləşmiş Ştatlara qarşı terror hücumlarından 14 il sonra ABŞ hərbi qüvvələrinin Əfqanıstanda " yaraqlıları tapıb hədəf alması " missiyasının effektivliyi barədə suallar qaldırır. 11 sentyabr terror hücumlarından sonra Birləşmiş Ştatlar Əfqanıstada mənzillənən yaraqlılara qarşı hərbi hücumlara başlamasına yol açmışdı.
Modern.az