Modern.az

Erməni əsl Azərbaycan vətəndaşı ola bilərmi?

Ədəbi̇yyat

9 Avqust 2022, 11:56

Mahir Qabiloğlu


Son vaxtlar artıq ermənilərin səsi çıxmağa, daha doğrusu səsi batmağa  başlayıb. Tülkülər “Həccə” getmək arzusunda bulunduqlarını dilə gətirirlər. Ki, etibara girib, güclənib, böyük himayədar tapan kimi yenidən hücuma keçsinlər.


Humanist olum? Qonşuyuq? Osmanlı imperiyasının “milləti-sadıka”sı olublar? Onları xarici qüvvələr yoldan çıxarıblar? Danışırsınız da... Sizlərdən bəzilərinizin bu cür fikirlərinizə hörmətlə yanaşıram. Çoxluq olsanız “palaza da bürünəcəyəm”. Amma bu məqamda 2013-cü ildə yazdığım, azərbaycanlı-erməni eşqindən bəhs edən “Ərmən – Şuşanikin sevgisi” adlı hekayəm yadıma düşür:
 

“Günlərin bir günü bir erməni deyir ki, bəs mən müsəlman olmaq istəyirəm. Gəlir məscidə mollaya yaxınlaşır. Molla bütün ayinləri ona başa salır. Erməni də ədəb-ərkanla bütün bunlara əməl edir. Mollanın bütün tapşırıqlarını yerinə yetirir. Dəllək gətizdirib bəh-bəhlə özünü sünnət də elətdirir. Vaxt çatır sonuncu ayinə. Molla məscidin həyətində qəbir qazdırır. Tabutu da yanında. Kəfənəbənzər ağ libası geyindirir erməniyə. Uzandırır tabuta və soruşur: “Ay Vazgen, müsəlman adın nə olsun?”. O da cavab verir ki, “Mamed”. Beləliklə dörd nəfər adam tabutu Vazgen qarışıq üç dəfə qəbirə salıb çıxarırlar. Hər dəfə də salıb çıxaranda molla deyir: “Vazgen getdi, Mamed gəldi. Vazgen getdi, Mamed gəldi. Vazgen getdi, Mamed gəldi”. Sonra da Vazgeni tabutdan çıxarıb deyir: “Vazgen, sən bu gündən artıq Mamedsən – müsəlmansan. Get dinimiz nə tələb edir, ona da əməl et”. Mamed də beləcə ömür sürməyə başlayır.
 

Günlərin bir günü onun könlünə kabab düşür. Ermənilər də kababı donuz ətindən çəkirlər. İslam dini də donuz ətini haram buyurub. Mamed də bunu bilirmiş. Ona görə də üzü qibləyə bir toğlu kəsir. Kabab çəkib yeyir. Amma ləzzət eləmir. On gündən sonra bir də kabab çəkir. Amma donuz ətinin ləzzətini ala bilmir. Nəfsini də basa bilmir. Qırıla-qırıla qalır ki, nə etsin. Axırda “tapdım” deyib başlayır həyətdə qəbirə bənzər çala qazmağa. “Çoşka”nı bir yeşiyə qoyur və üç dəfə qəbirə salıb çıxarır. Hər dəfə də təkrar edir: “Donuz getdi, qoyun gəldi. Donuz getdi, qoyun gəldi. Donuz getdi, qoyun gəldi”. Sonra da donuzu öldürüb, ətindən kabab çəkib yeyir.
Oğul, bu rəvayəti unutma. İstər adını dəyişsin, istər familiyasını, istərsə də dinini – erməni elə ermənidir. İndi necə istəyirsən elə də et. Qərar sənindir”.
 

Hekayəni bütöv danışmaq fikrim yoxdur. İstəsəniz bu linkdən oxuyun. Nəticəni açıqlayacağam.

Şuşalı Əhməd atasının bu öyüd-nəsihətinə  qulaq asmayıb hadrutlu Şuşaniklə evlənir. İki oğlanları olur. Şuşanikin – daha doğrusu “zaqs”dan sonra adını dəyişən, müsəlman dinini qəbul edən, hətta hicaba girən Süsən Məmmədovanın təkidiylə adlarını Ərmən və Ərsən qoyurlar. Rusiyaya gedəndə, sərhəd xidmətinin erməni əməkdaşı uşaqlara “Armen, Arsen” deyə müraciət edəndə Əhməd etiraz edir: “Armen, Arsen yox. Rusca Эрмен, Эрсен”. Erməni də nə cavab versə yaxşıdır? “Əşşi, nə fərqi var? Azərbaycanca Ərmən, Ərsən, Türkcə Ermen, Ersen, ermənicə, rusca Armen, Arsen”. Əhməd onda başa düşür ki, Şuşanik uşaqlarına öz atası Armenin və qardaşı Arsenin adlarını qoyubmuş.


Hekayə isə belə qurtarır: “Sərhədçi pasportuma möhür qoyur. Şuşaniklə mənim izdivacıma atamın qoyduğu “öyüd-nəsihət möhürü” yadıma düşür. Təkcə yadıma düşmür. Axır ki, anlayıram. Amma gecdir. Atamın sözlərini yaddan çıxarmaq üçün ürəyimdə balaca bir qəbir qazıram.  Öz-özümə üç dəfə təkrar edirəm: Şuşanik getdi, Süsən gəldi. Şuşanik getdi, Süsən gəldi. Şuşanik getdi, Süsən gəldi”.


İndi siz də humanizm göstərəndən sonra, gələcəkdə  küçədə qabağınıza Azərbaycan vətəndaşlığını qəbul edən bir erməni çıxsa, ya qonşu olsanız, heç nə deməyin. Sadəcə ürəyinizdə bir qəbir qazın və üç dəfə təkrar edin: “Vazgen getdi, Mamed gəldi. Vazgen getdi, Mamed gəldi. Vazgen getdi, Mamed gəldi”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər