Modern.az

Ağdaşdakı seçkinin protokolu MSK-ya təqdim edildi

Ağdaşdakı seçkinin protokolu MSK-ya təqdim edildi

Aktual

20 İyun 2016, 12:34

90 saylı Ağdaş dairə seçki komissiyası Milli Məclisə təkrar seçkilərin protokolunu Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.

Modern.az-ın xəbərinə görə, bu barədə MSK Katibliyinin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

O bildirib ki, MSK Milli Məclisə təkrar seçkilərin nəticələrini yoxlayıb və yekun vuracaq: 

 

"Qanunvericiliyə əsasən, Mərkəzi Seçki Komissiyası 20 gün müddətində təkrar seçkilərin nəticələrinə dair protolokolu yoxlayıb və yekun vurduqdan sonra Konstitusiya Məhkəməsinə təqdim etməlidir.

 

Yoxlanılma və yekun vurulma prosesi tez bitərsə, MSK 90 saylı Ağdaş seçki dairəsinin protokolunu Konstitusiya Məhkəməsinə yaxın vaxtlarda təqdim edə bilər".

 

Qeyd edək ki, iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər keçirilib. İlkin nəticəyə görə, təkrar seçkilərdə həmin dairədən 40 203 seçicidən 19 674 (85,56%) nəfəri YAP-ın namizədi Cavid Osmanova səs verib. 

 

Ağa AKİFOĞLU

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı