Modern.az

Trampın şirkəti Qafqazın ən hündür göydələnini tikir

Trampın şirkəti Qafqazın ən hündür göydələnini tikir

Aktual

Bu gün, 12:00

ABŞ Prezidenti Donald Trampa məxsus “Trump Organization” şirkəti Tbilisidə 70 mərtəbəli “Trump Tower” göydələni tikməyi planlaşdırır.

Modern.az xəbər verir ki, layihənin Qafqaz regionunun ən hündür binası olacağı gözlənilir.

Məlumata görə, bina “The Tbilisi Downtown” adlı memarlıq kompleksinin əsas hissəsini təşkil edəcək. Kompleks ümumilikdə altı göydələndən ibarət olacaq və keçmiş hippodromun yerində inşa ediləcək.

Layihənin memarlıq işlərini “Gensler” şirkətinin həyata keçirəcəyi, tikinti işlərinin isə Gürcüstanın “Archi Group” şirkətinə həvalə olunacağı bildirilir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı