Azərbaycan prezidenti İlham Əliyev bu gün Parisdə “Total” şirkətinin sədri və baş icraçı direktoru Patrik Puyane ilə görüşüb. Modern.az xəbər verir ki, görüşdə “Abşeron” qaz-kondensat yatağının işlənilməsi və inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Xəzərin Azərbaycan sektorundakı “Ümid-Babək” təbii qaz yataqlarının işlənilməsində “Total” şirkətinin iştirak etməsi imkanları müzakirə olundu.