Modern.az

WUF13: ​​​​​​Kəlbəcərə köç həm də mənəvi qələbədir 

WUF13: ​​​​​​Kəlbəcərə köç həm də mənəvi qələbədir 

Aktual

Bu gün, 17:45

Kəlbəcərdə aparılan bərpa və yenidənqurma işləri rayonda yeni həyatın əsasını qoyur.

Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Laçın və Kəlbəcər: urbisiddən münaqişədən sonrakı yenidənqurmaya gedən yol” adlı tədbirdə Kəlbəcər rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev bildirib. 

Xüsusi nümayəndə vurğulayıb ki, Kəlbəcərə həyat yenidən qayıdır, sakinlər doğma yurdlarına, ata-baba torpaqlarına dönürlər. 

“Bu qayıdış Azərbaycan üçün dərin mənəvi və tarixi əhəmiyyət daşıyır. Bərpa-quruculuq işləri və köç prosesi təkcə fiziki yenidənqurma deyil, həm də Azərbaycanın mənəvi qələbəsinin göstəricisidir”.

B.Hacıyev onu da əlavə edib ki, uzun illər məcburi köçkün həyatı yaşamış kəlbəcərlilərin doğma torpaqlarına qayıdışı məcburi köçkünlük dövrünün başa çatması ilə yanaşı, milli, tarixi və mənəvi irsə dönüş deməkdir:

“Vətən həsrəti, itirilmiş evlər, xatirələr və bu torpaqlarla bağlı dərin duyğular hər bir keçmiş məcburi köçkün üçün əvəzsizdir. Kəlbəcərə qayıdış sakinlərə öz kimliklərini, mədəniyyətlərini, dillərini və ənənələrini qoruyaraq doğma yurdlarında yeni həyat qurmaq imkanı yaradacaq.

Biz bu tarixi hadisələrin canlı şahidi olduğumuz üçün çox xoşbəxt və qürurluyuq”, - deyə o qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı