Modern.az

“Qəbələ” də Avroliqa ilə vidalaşdı

“Qəbələ” də Avroliqa ilə vidalaşdı

Aktual

19 İyul 2018, 23:37

Bu gün Avropa Liqasında I təsnifat mərhələsində cavab oyununa çıxan Azərbaycanın ikinci komandası da mübarizəni dayandırıb. Modern.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qəbələ” səfərdə Lüksemburq “Proqres”inin qonağı olub. Qəbələdə keçirilən ilk görüşdə 0:2 hesabı ilə uduzan “qırmızı-qaralar” bu məğlubiyyətin əvəzini çıxmağa və mərhələni adlamağa çalışıb. Oyunda "Qəbələ" 1:0 hesablı qələbə qazansa da, bu nəticə mərhələ adlamaq üçün kifayət etməyib. Beləliklə, "Keşlə"nin ardından "Qəbələ" də Avroliqa ilə erkən vidalaşıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı