Modern.az

Ekologiya Nazirliyi bu restoranlara sanksiya tətbiq edəcək - SİYAHI

Ekologiya Nazirliyi bu restoranlara sanksiya tətbiq edəcək - SİYAHI

Current

27 İyul 2018, 12:45

“İctimai iaşə obyektləri, şadlıq evləri, restoranlar tərəfindən atmosferə atılan tüstü axınına görə Ekologiyavə Təbii Sərvətlər Nazirliyinin (ETSN)  obyekt sahiblərinə müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması barədə bir müddət əvvəl verdiyi xəbərdarlığın müddəti başa çatır. Buna görə də yaxın günlərdə xəbərdarlığa əməl etməyən və yenə də atmosferi çirkləndirən “Xəmsə”, “Oskar”, “Oazis”, “Millenium”, “Sonalar Sonası”, “Xan qızı”, “Dan ulduzu” və digər restoran, şadlıq sarayları barəsində qəti tədbirlərin görülməsinə və sanksiyaların tətbiqinə başlanılacaq”.

Modern.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bu gün keçirdikləri mətbuat konfransında deyib.


O bildirib ki, ekoloji problemlərin həlli məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən intensiv tədbirlərin həyata keçirilməsi davamlı xarakter daşıyır və görülən işlər artıq geniş ictimai dəstəklə qarşılanır:

"Belə ki, plastik tullantıların düzgün idarə edilməsi, çeşidlənməsi və tədricən plastik qablaşdırılmadan imtina olunması sahəsində digər tədbirlərlə bərabər, plastik tullantılar üçün konteynerlərin yerləşdirilməsi layihəsi də davam etdirilir. Yeri gəlmişkən, plastik tullantılar üçün nəzərdə tutulan belə konteyner bu gün Şabran şəhərində qoyuldu".


İ.İbrahimova onu da əlavə edib ki,  yaşıllıqların qorunmasına yönələn tədbirlər daim diqqətimizdədir və gündəmdədir:


 "Sevindiricidir ki, artıq ağacların kəsilməsinə ictimaiyyət tərəfindən kəskin münasibət bildirilir, ağac kəsənlər ictimai qınaq obyektinə çevrilir. Daha bir aktual məsələ isə Xəzər dənizinin çirkləndirilməsi, onun qarşısının alınması və bununla bağlı nazirlik tərəfindən həyata keçirilən davamlı monitorinq və reydlərlə bağlıdır. Xəzəri çirkləndirənlərə qarşı DİN-lə birlikdə keçirilən reydlər davam etdirilir və bu məsələ də daimi olaraq nazirliyin diqqət mərkəzindədir”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı