Modern.az

Ermənistanda Tevanyanın həbsinə razılıq verilib

Ermənistanda Tevanyanın həbsinə razılıq verilib

Dünya

Bu gün, 00:02

Ermənistan Mərkəzi Seçki Komissiyası “Çiçəklənən Ermənistan” Partiyasından deputatlığa namizəd Andranik Tevanyan barəsində cinayət təqibinin başlanması və onun azadlıqdan məhrum edilməsi ilə bağlı Baş Prokurorluğun iki vəsatətini təmin edib.

Modern.az xəbər verir ki, Ermənistan Baş Prokurorluğu Tevanyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 418-ci maddəsinin 1-ci hissəsi üzrə — dövlətə xəyanət ittihamı ilə cinayət işi açıb.

Məlumata görə, istintaq Tevanyanın hərəkətlərində dövlətə xəyanət cinayətinin əlamətlərinin olduğunu iddia edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı