Modern.az

Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr aparıldı  

Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr aparıldı   

Current

27 İyul 2018, 12:54

Bakıda Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında fəaliyyət proqramına uyğun olaraq, xarici siyasətin informasiya təminatı mövzusunda məsləhətləşmələr keçirilib.  

Modern.az xəbər verir ki, məsləhətləşmələrə Azərbaycan tərəfindən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev və Rusiya tərəfindən XİN-in İnformasiya və mətbuat departamentinin direktoru Mariya Zaxarova rəhbərlik  edib.

Görüşdə Azərbaycan və Rusiya arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində inkişafından məmnunluq ifadə olunub.

Məsləhətləşmələr çərçivəsində kütləvi informasiya vasitələri və sosial şəbəkələrlə iş, rəqəmsal diplomatiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu və qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsi aparılıb.
Bu formatda məsləhətləşmələrin davam etdirilməsinin vacibliyi vurğulanıb. 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı