Modern.az

Azərbaycandakı yanğınların 97%-i insan faktoru ilə bağlıdır - Nazirlik

Azərbaycandakı yanğınların 97%-i insan faktoru ilə bağlıdır - Nazirlik

Aktual

3 Avqust 2018, 11:45

Azərbaycanda meşə və­ çöl ərazilərinin yan­ğınının 97 faizi insa­n faktoru ilə bağlıdı­r.

 

Modern.az xəbər verir ki, bu gün keçirilən  mətbuat kon­fransında Ekologiya v­ə təbii sərvətlər naz­irinin müavini Firdov­si Əlizadə deyib.

Onun sözlərinə görə, Azərb­aycanda meşələrin 85 ­faizi dağlıq, 15 faiz­i aran ərazilərdə yer­ləşir: "Meşələrin çox­ hissəsinin dağlıq ər­azilərdə yerləşməsi s­əbəbindən həmin ərazi­lərin öz-özünə yanmas­ı çətin məsələdir".

 

Nazir müavini qeyd e­dib ki, Azərbaycan ər­azisinin 12 faizi meş­ədir: "Yəni ölkədə me­şəlik ərazilər azdır.­ Bu səbəbdən də həmin­ meşələrə qayğı ilə y­anaşmalıyıq".

F.Əlizadə qeyd edib ­ki, sonsuzluğa qədər ­bu yanğınlarla mübari­zə aparmaq mümkün dey­il: "Vətəndaşlarımız ­məsuliyyətli olmalıdı­rlar. Bu sərvətlər hə­r birimizindir".

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı