Modern.az

Bakıda koronavirusu “saymayan” təhsil müəssisəsi: TƏKİ PUL OLSUN

Bakıda koronavirusu “saymayan” təhsil müəssisəsi: TƏKİ PUL OLSUN

مورد توجه

3 Mart 2020, 18:33

Dünyanı cənginə alan koronavirus hər gün yeni canlar alır. Rəsmi rəqəmlərə görə, günümüzə qədər 3000-dən çox insan koronavirusa yoluxma səbəbindən dünyasını dəyişib.

 

Dünəndən başlayaraq dizinfeksiya səbəbilə Azərbaycanda da Nazirlər Kabinetinin qərarı ilə məktəblər, özəl və dövlət məktəbəqədər təhsil müəssisələri, ali məktəblər martın 9-dək fəaliyyətini dayandırıb.

Ancaq elə özəl təhsil tipli təşkilatlar var ki, rəsmi qaydalara əməl etmir. Həmin təşkilatlardan biri  də Birgə və Sağlamlıq İctimai Birliyidir.

 

Bu barədə Modern.az-a valideynlər məlumat verib. Onlar ictimai birliyə müraciət edərək hökumətin qərarına əməl etməsini istəsələr də, müsbət cavab ala bilməyiblər.

Qeyd edək ki, birlik fiziki və əqli cəhətdən qüsurlu uşaqlarla məşğuldur. Və ay ərzində bu xidmətin qarşılığında həmin uşaqların sahibləri 900-1200 manat arası vəsait ödəyirlər.

 

Birincisi ondan başlayaq ki, qüsurlu uşaqların istənilən virusa yoluxma risqi daha yüksək olur.

İkincisi isə İctimai Birliyin biznes fəaliyyəti ilə məşğul olması qadağandır.

Digər tərəfdən isə hökumətin qərarına əməl etməmək qanun qarşısında cavabdehlik yaradır.

 

Birlik sözdə autizmlı xəstələrin sağlamlığı ilə məşğul olsa da, ümumi qaydalara əməl etməyərək uşaqların həyatını riskə atır.

Maraqlıdır, birliyin koronavirus təhlükəsindən xəbəri yoxdur, yoxsa rəsmi qurumların qərarı onlar üçün maraqlı deyil?

Görünən odur ki, birlik üçün xəstə uşaqların sağlamlığından, valideynlərin narahatçılığından daha vacib məsələ var, xidmət haqqı.

Yəqin əlaqədar qurumlar qaldırılan məsələyə müdaxilə edəcəklər.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı