Modern.az

228 Rusiya vətəndaşı Azərbaycandan ölkəsinə qayıtdı

228 Rusiya vətəndaşı Azərbaycandan ölkəsinə qayıtdı

Aktual

4 İyun 2021, 00:07

228 Rusiya vətəndaşından ibarət daha bir qrup Azərbaycandan Dağıstanın Məhərrəmkənd rayonundakı "Yaraq-Qazmalar" beynəlxalq gömrük keçid məntəqəsindən ölkəsinə qayıdıb.

 

Modern.az xəbər verir ki, bunu "TASS"a Dağıstanın milli siyasət və dini işlər naziri Enrik Muslimov deyib.

 

"Bu gün ölkəmizin 228 vətəndaşından ibarət bir qrup Azərbaycandan qayıdıb. Koronavirus pandemiyası səbəbindən [soydaşlarımız - red.] qonşu respublikada qalmaq məcburiyyətində qalmışdı. Onlar mütəxəssislər tərəfindən yoxlanılıb və "Rospotrebnadzor"un tövsiyə olunan bütün tədbirləri görülüb" - E.Muslimov bildirib.

 

Onun sözlərinə görə, Azərbaycandan qayıdan 228 rusiyalıdan 15 nəfəri Dağıstan sakinidir, qalan vətəndaşlar ölkənin digər bölgələrinə yollanıblar.

 

Xatırladaq ki, Rusiya vətəndaşlarından ibarət daha əvvəlki qrup Azərbaycandan Dağıstandakı sərhəd vasitəsilə mayın 18-i ölkəsinə qayıdıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı