Modern.az

Nazirlər Qarabağdakı vəziyyəti müzakirə etdilər

Nazirlər Qarabağdakı vəziyyəti müzakirə etdilər

مورد توجه

7 İyun 2021, 13:46

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi Modern.az-a bildirib ki, nazirlər iyunun 7-də apardıqları danışıq zamanı bölgədə mövcud olan cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçinin ikirərəfli əməkdaşlığın gündəliyi müzakirə olunub.

Nazirlər eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı