Modern.az

Ağdamda “Hərb oyunları” layihəsinə start verildi  

Ağdamda “Hərb oyunları” layihəsinə start verildi  

Aktual

28 Avqust 2021, 13:43

Ağdamda Gənclər Kuboku: "Hərb Oyunları” layihəsinin açılış mərasimi baş tutub.

 

Layihədə Milli Məclisin deputatlari Vüqar İskəndərov, Naqif Həmzəyev, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı iştirak ediblər.

 

Tədbirdən öncə layihə iştirakçıları Ağdam rayon Şəhidlər Xiyabanını ziyarət edərək, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin məzarı önünə gül dəstələri düzüblər.

 

Qeyd edək ki, layihə “İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə təşkil olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı