Modern.az

Azərbaycan paralimpiyaçıları 8-ci qızıl medalı qazandı

Azərbaycan paralimpiyaçıları 8-ci qızıl medalı qazandı

Aktual

29 Avqust 2021, 08:45

Azərbaycanın para-atleti Elvin Astanov “Tokio-2020” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

 

Modern.az xəbər verir ki, idmançımız nüvə itələmə növündə bütün rəqiblərini qabaqlamağı bacarıb. 

 

Elvin Astanov 8,77 metr nəticə ilə Paralimpiya rekordunu yeniləyib.

 

Qeyd edək ki, bunadək Azərbaycan komandasının aktivində 9 medal var idi. Belə ki, paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq) qızıl, Namiq Abaslı (66 kq) bürünc medala sahib olublar. Yüz metr məsafəyə üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Nizə atma yarışlarında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri qızıl medala sahib olub. Pauerliftinqçi Pərvin Məmmədov (49 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı