"Türklər bizi yenidən alçaltdı, intiqam istəyirəm".
Modern.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu sözləri Yerkir Tsirani Partiyasının lideri Zaruhi Postancyan özünün "Facebook" səhifəsində yazıb.
“Eyvazlı və Çayzəminin məsələsi sona çatdı, türklər təlimdə yaxşı məşqlər nümayiş etdirdi. Ermənistan-İran dövlətlərarası yolu iki gün bağladı, bizi yenidən alçaltdı. Ona görə də intiqam istəyirəm!”.
Xatırladaq ki, 25 avqust tarixində Gorus-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığında Ermənistan hərbçiləri Azərbaycan sərhədçisinə hücum edərək onu yaralamışdı. Bundan sonra Azərbaycan tərəfi Ermənistan-İran dövlətlərarası yolu iki gün bağlı saxlayıb və Azərbaycana məxsus bir neçə km ərazilərin nəzarətini təmin edib.