Modern.az

Şuşanın park və binaları belə olacaq - FOTOLAR

Şuşanın park və binaları belə olacaq - FOTOLAR

Aktual

30 Avqust 2021, 16:10

Ölkə başçısının göstərişi ilə Şuşanın Baş Planı üzərində iş çərçivəsində şəhərin yaşıllıq və landşaft strategiyasına xüsusi diqqət ayrılır.

 

Modern.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "Facebook" səhifəsində yazıb.

 

Onun sözlərinə görə, Şuşanın təbii meşə və parkları bərpa olunacaq, yeni yaşıl koridorlar, o cümlədən 8 km-dən çox şəhərətrafı yaşıl halqa yaradılacaq.

 

Komitə sədri bildirib ki, Şuşanın Baş Planı hazırlanarkən şəhərin tarixi əzəməti əsas götürülür, bütün yeni layihələr tarix ilə müasirliyin vəhdəti üzərində qurulur.

 

A.Quliyev qeyd edib ki, dünən ölkə başçısı tərəfindən təməli qoyulmuş yeni yaşayış məhəlləsi Şuşanın memarlıq irsindən ilhamlanaraq və ənənəvi şəhərsalma mühitinə uyğun layihələndirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı