Modern.az

Britaniya səfiri Azərbaycan sülhməramlılarına təşəkkür etdi

Britaniya səfiri Azərbaycan sülhməramlılarına təşəkkür etdi

Aktual

31 Avqust 2021, 17:40

Böyük Britaniyanın ölkəmizdəki səfiri Ceyms Şarp Azərbaycanın sülhməramlı qüvvələrinə təşəkkür edib.

 

Modern.az xəbər verir ki, səfir bu barədə “Twitter”də paylaşım edib.

 

“Əfqanıstanda xidmət edən 120 Azərbaycan sülhməramlısına, Böyük Britaniya və NATO tərəfdaşlarının Kabil Hava Limanından təxliyələri zamanı təhlükəsizliyi qorumağa kömək etdikləri üçün minnətdarıq. Sağ-salamat Azərbaycana qayıtdıqlarını eşitməkdən məmnunluq duyuruq”, - deyə C.Şarp bildirib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı