Modern.az

Bakı forumu: mənzil məsələsi qlobal şəhər gündəliyinin mərkəzində

Bakı forumu: mənzil məsələsi qlobal şəhər gündəliyinin mərkəzində

Aktual

Bu gün, 15:50

WUF13 yalnız qəbul olunan qərarlar deyil, həm də insanlar arasında yaradılan əlaqələr və əməkdaşlıq baxımından mühüm platformaya çevrilib.

Modern.az xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi bağlanış mərasimində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinatoru Anar Quliyev səsləndirib.

Milli koordinator forumun təşkilində iştirak edən tərəfdaşlara, könüllülərə, tərcüməçilərə, texniki heyətə, xidmət təminatçılarına, dövlət və özəl qurumlara təşəkkür edib:

“İnklüzivliyi həyata keçirən və dialoqu ortaq fəaliyyətə çevirən məhz sizin kollektiv ruhunuz oldu”.

O, Azərbaycan xalqının qonaqpərvərliyinin də forumun uğurunda xüsusi rol oynadığını vurğulayıb.

Milli koordinator bildirib ki, “Dünyanı mənzillə təmin etmək: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusunda keçirilən WUF13 mənzil məsələsini qlobal şəhər gündəliyinin mərkəzinə çıxarıb.

“Müzakirələr göstərdi ki, mənzil yalnız əsas insan ehtiyacı deyil, həm də ləyaqət, dayanıqlılıq, sosial inklüzivlik və iqtisadi imkanların təməlidir.

Qlobal mənzil böhranının həlli effektiv çoxtərəfli əməkdaşlıq, innovativ maliyyələşmə mexanizmləri və bütün səviyyələrdə koordinasiyalı fəaliyyəti tələb edir”, - deyə komitə sədri qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı