Türkiyənin şimal-qərbində yerləşən Bursa şəhərində tekstil fabrikində yanğın başlayıb.
Modern.az-ın məlumatına görə, fabrikdəki xammalın yanması nəticəsində alovun əhatə dairəsi böyüyüb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb olunub. Yanğın nəticəsində xəsarət alanların olmadığı bildirilir.
Hazırda yanğının söndürülməsi üçün işlər aparılır.