Modern.az

Polis dənizdə batan şəxsi xilas edərkən boğularaq öldü - FOTO

Polis dənizdə batan şəxsi xilas edərkən boğularaq öldü - FOTO

Aktual

3 Sentyabr 2021, 10:43

Dənizdə boğulmaq təhlükəsi ilə üzləşən şəxsi xilas etməyə çalışan gənc polis əməkdaşı həyatını itirib.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Əlahiddə Çevik Polis Alayının polis nəfəri, 21 yaşlı İbrahim Əlosmanov dünən saat 18 radələrində Xəzər rayonundakı “Mayak” çimərliyində bir nəfərin suda boğulduğunu görüb və onu xilas etmək üçün dərhal özünü dənizə atıb. Lakin dərinlik və yüksək dalğalar ona mane olub.

 

Polis əməkdaşı həyatını xilas etməyə çalışdığı 45 yaşlı Rövşən Qasımovla birlikdə dünyasını dəyişib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı