Modern.az

Köçəryandan məğlubiyyət ETİRAFLARI

Köçəryandan məğlubiyyət ETİRAFLARI

Aktual

27 Dekabr 2021, 13:02

“Hakimiyyət də etiraf edir ki, 40 kvadrat kilometrdən çox ərazi Azərbaycanın nəzarətindədir. Amma reallıqda biz daha böyük ərazilərə nəzarət etmirik”.

Modern.az xəbər verir ki,  bu barədə Ermənistanın ikinci prezidenti, müxalif “Ermənistan” blokunun lideri Robert Köçəryan ilin yekunu üzrə mətbuat konfransında bildirib.


“Bəzi yerlərdə isə bir qədər çox geri çəkilməli olduq. Eyni şey təkcə Vardenis bölgəsində deyil, Naxçıvan istiqamətində də müharibədən əvvəl baş verib. Əslində biz nəinki həmin 40-45 kvadrat km-ə, hətta on dəfə böyük ərazilərə nəzarəti itirmişik”.

 

Köçəryanın sözlərinə görə, bu il erməni tərəfi ən mühüm yollardan istifadə imkanını itirib.

“Bu il ərzində 36-ya yaxın itki, 30 yaralı və 30-dan çox yeni hərbi əsirimiz olub. İl ərzində ordunun döyüş hazırlığının artırılması istiqamətində heç bir iş görülməyib. Döyüş əməliyyatları zamanı 2-3 mövqedə 30-dan çox əsir götürülməsi ordudakı ən ciddi problemlərdən xəbər verir. Bunu bəzi şeylərlə izah etmək olar. Əsas izahat isə bu ola bilər ki, bizim əsgərlər ölkənin birinci şəxsinin ifadəsi təsiri altında olublar”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı