Modern.az

COVID xəstəsini aparan təcili yardım QƏZAYA DÜŞDÜ

COVID xəstəsini aparan təcili yardım QƏZAYA DÜŞDÜ

Aktual

27 Dekabr 2021, 17:11

Şəkidə təcili tibbi yardım maşını qəzaya düşüb. Modern.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında şəhərin Salman Mümtaz küçəsində baş verib.

 

1988-ci il təvəllüdlü Qax rayon sakini Amiran Bayramaşvilinin idarə etdiyi Qax Rayon Mərkəzi Xəstəxanasına məxsus Təcili Tibbi Yardım maşını hərəkətdə olarkən yük avtomobili ilə toqquşub. Nəticədə təcili yardım maşınının sürücüsü və Qaxdan Qobustan rayonuna aparılan koronavirus xəstəsi xəsarət alıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı