Modern.az

Mingəçevirdə su kəsiləcək

Mingəçevirdə su kəsiləcək

Aktual

27 Dekabr 2021, 17:34

Sabah təsdiqlənmiş plana və təlimata uyğun olaraq Mingəçevir şəhərində 10 min kubmetr tutumlu mərkəzi su anbarında yuyulma və dezinfeksiya işləri aparılacaq.

 

Modern.az bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.

 

Məlumata görə, bununla əlaqədar gün ərzində şəhərə içməli suyun verilməsində fasilə olacaq.

 

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı