ABŞ-dan sonra Fransada Kovid-19-a qarşı tam peyvənd olunmuş şəxslərin karantin müddəti azaldılıb.
Modern.az-ın xəbərinə görə, Fransanın Səhiyyə Naziri Veran bildirib ki, karantində olan şəxsin testi beşinci günün sonunda mənfi olduqda təcridin tamamlanması mümkündür:
"Peyvənd olunmayan insanlar 10 gün karantin qalmalı olacaqlar, ancaq Kovid-19 testi neqativ olarsa, yeddinci gündə karantin bitə bilər”.