Yapon alimlər koronavirusa qarşı ömürlük immunitet yaradacaq peyvənd hazırlayır.
Modern.az xəbər verir ki, professor Mitinori Koharonun rəhbərlik etdiyi Tokio Universitetindən olan bir qrup alim COVID-19-a qarşı ömürlük immunitet yaradacaq peyvənd üzərində çalışır.
Alimlər bunun üçün çiçək xəstəliyinə qarşı peyvəndi əsas götürüblər. Sözügedən peyvəndin kliniki sınaqlarının birinci və ikinci fazası 2023-cü ilin ilk yarısında keçiriləcək.