Səudiyyə Ərəbistanının Tabuk regionuna qar yağıb.
Modern.az xəbər verir ki, bu barədə SPA agentliyi məlumat yayıb.
Bildirilib ki, Cəbəl Əl-Ləvz bölgəsinə yağan qar krallığın vətəndaşlarını bu bölgəyə cəlb edib.
Səudiyyə Ərəbistanı üçün nadir olan bu təbiət hadisəsinin fotoşəkillərini çəkərək sosial şəbəkələrdə paylaşıblar.
Qonşu ölkə Qətərdən də turistlər Cəbəl Əl-Ləvz bölgəsinə axın ediblər. Onlar bu ərazidə özlərini Avropadakı kimi hiss etdiklərini deyiblər.
Meteoroloqlar Tabuk regionunda qarlı hava şəraitinin bir neçə gün davam edəcəyini bildiriblər.