Modern.az

ABŞ-ın müdafiə naziri koronavirusa YOLUXDU

ABŞ-ın müdafiə naziri koronavirusa YOLUXDU

Aktual

3 Yanvar 2022, 08:48

ABŞ Müdafiə naziri Lloyd Ostin koronavirusa yoluxub.

 

Modern.az xəbər verir ki, bu barədə Pentaqonun rəsmi saytında yerləşdirilmiş bəyanatda deyilir.

 

Qeyd olunur ki, nazir məzuniyyətdə olarkən özündə koronavirusun əlamətlərini hiss etdiyindən müvafiq test verib ki, onun da cavabı müsbət olub.

 

"Simptomlarım yüngüldür, həkim göstərişlərinə tam əməl edirəm", - deyə Ostin bəyanatında bildirib.

 

O, növbəti beş gün ərzində özünü evdə təcrid edəcəyini və lazımi tədbirlərə distant şəkildə qoşulacağını söyləyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı