Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı açıqlanıb.
Modern.az xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, ölkədə 29 yoluxma halı qeydə alınıb.
İndiyə qədər koronavirusa yoluxanların ümumi sayı 345036 -ya çatıb.
Son 24 saat ərzində ölkədə COVID-19-dan 6 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 7983 nəfərə çatıb.