Almaniya xarici işlər naziri Annalena Berbok ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşəcək.
Modern.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Kristofer Burqer açıqlama verib.
XİN başçısı yanvarın 5-də ABŞ-a səfər edəcək və həmkarı ilə görüşdən sonra həmin axşam Berlinə geri dönəcək.
Annalena Berbokun Blinkenlə Rusiya-Ukrayna gərginliyini müzakirə etməsi gözlənilir.