Modern.az

Ötən sutka 7 nəfərə buster doza vurulub

Ötən sutka 7 nəfərə buster doza vurulub

Aktual

3 Yanvar 2022, 16:37

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, bir gündə 80 vaksin vurulub.

 

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 55, buster doza üzrə vaksinasiya olunanların sayı isə 7 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 346 365, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 169 419, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 676 664, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 500 282 təşkil edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı