Modern.az

Gəncədə piyadanı avtomobil vurub

Gəncədə piyadanı avtomobil vurub

Aktual

3 Yanvar 2022, 17:10

Gəncədə piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

 

Hərəkətdə olan "Opel" markalı minik maşını yolu keçmək istəyən Samux rayon sakini 1976-cı il təvəllüdlü Vüsal Hacıyevi vurub.

 

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı