ABŞ-ın keçmiş prezidenti Donald Tramp bəzi sosial şəbəkələri, xüsusən də Tvitter-i demokratiyanın ayıbı adlandırıb.
Modern.az xəbər verir ki, Trampın sözlərinə görə, hər kəs bu sosial şəbəkəni tərk etməlidir.
"Onlar darıxdırıcıdır və yalnız solçu radikalların nöqteyi-nəzərini təmsil edir. Bu saytlar ölkəmiz üçün ayıbdır".
Xatırladaq ki, ötən il Trampın tərəfdarları Kapitoliyə hücum etdikdən sonra Facebook və Tvitter sosial şəbəkələri Trampı bloklayıb.